“Ərdoğan və Putin üz-üzə görüşmək niyyətlərini təsdiqlədilər”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib.
“Putin Ərdoğana zəng edərək onu yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik edəndə iki lider gələcəkdə görüşmək niyyətlərini də təsdiqləyiblər”, - deyə Peskov qeyd edib.
Görüşün vaxtı və yerinin hələ müəyyən edilmədiyini bildirən Peskov, belə bir razılaşmanın olduğunu bildirib.
Bizim.Media