Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını qəbul edib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, 45 dəqiqə davam edən görüş Prezident Külliyəsində baş tutub.
Danışıq zamanı seçkinin nəticələri qiymətləndirilib.
Bu çərçivədə Ərdoğan və Baxçalı yeni dövrünün parlament təqvimini də müzakirə ediblər.
Bizim.Media