"Ukrayna ordusu 2023-cü ilin yayında əks-hücuma keçəcək".
Bizim.Media xəbər verir ki, bu fikri ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalına müsahibəsində səsləndirib.
“ABŞ istəyir ki, Ukrayna yayda əks-hücuma keçərkən özünü müdafiə etmək üçün lazım olan hər şeyə sahib olsun... Biz Ukraynaya hərbi texnikanın ötürülməsini, müdafiə sistemlərinin tədarükünü davam etdirmək niyyətindəyik", deyə o, qeyd edib.
Bizim.Media