“Ermənistan KTMT-dən imtina edib NATO-ya üzv olmaq istəyir” – Endryu Korybkodan EKSKLÜZİV

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi İrəvanın Qarabağdakı ermənilərin təhlükəsizliyi üçün bir növ təminat istəməyinə görə gecikir. Tərəflərin əsas müzakirə predmeti Qarabağ və orada yaşayan ermənilərlə bağlıdır”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı amerikalı politoloq Endryu Korybko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın ETİRAFI: "Ölkəmizin xarici siyasətdə manevr imkanları daralır"


Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh müqaviləsinin gecikməsini şərh edən politoloq, bunun səbəbini İrəvanın böyük güclər arasında manevr etməsi ilə əlaqəndirir. 

Sözügedən müsahibəni təqdim edirik:

- Azərbaycan və Ermənistan sülh naminə bir çox məsələlərdə razılığa gəliblər. Danışıqlar həm ABŞ-da, həm Moskvada, həm də Brüsseldə aparılıb. Sülh niyə bu qədər gecikir?

- Ermənistan nəticədə daha çox maraqlarının təmin oluna biləcəyi gözləntiləri ilə sülhü gecikdirməkdə daha maraqlı görünür. Xüsusilə, Paşinyan bu yaxınlarda bildirib ki, o, Qarabağdakı ermənilərin təhlükəsizliyi üçün bir növ təminat istəyir.

Bu, onun Ermənistan tərəfindən işğal edildikdən sonra bölgəyə müstəmləkəçi kimi köçən ermənilərin qalmağı seçdikləri təqdirdə Azərbaycan tərəfindən vətəndaş kimi qəbul edilməsini nəzərdə tutması və beləliklə, qovulmaq əvəzinə onlara bərabər hüquqlar verilməsi kimi şərh edilə bilər. Lakin xüsusi bir status tələbi də var ki, bu da, digər sahələrdə irəliləyişin əldə olunmasına baxmayaraq, sülh prosesinin hələ də başa çatmamasının səbəblərindən ən başlıcasıdır.

- ABŞ və Rusiyanın sülh üçün mötədilliyi eynidir. Hər ikisi sülh istəyir. Əgər belədirsə, prosesin ləngiməsinə səbəb olan amillər hansılardır?

- Müşahidəçilərin əksəriyyətinin münaqişənin son mərhələsi kimi qiymətləndirdiyi Ukraynadakı NATO-Rusiya proksi müharibəsini nəzərə alsaq, Ermənistanın gələcək hərbi statusu Moskva və Vaşinqton arasında məsələyə çevrilib. Hətta hər iki tərəf bunu açıq şəkildə etiraf etməkdən çəkinir. Paşinyanın KTMT ilə bağlı son bəyanatından və Azərbaycandakı ermənilər üçün bir növ təhlükəsizlik zəmanəti tələbindən belə görünür ki, o, KTMT kartı ilə Rusiyaya mesaj göndərir. Paşinyan istəyir ki, Moskva Ermənistanın sülh üçün əlavə şərtləri ilə razılaşsın. 

- Ermənistanın sərhədlərini Rusiya qoruyur. Yəni, Rusiyadan, KTMT-dən imtina ilə nəyə nail olmaq istəyir?

- Paşinyan iqtidarının son istəklərinin yerinə yetirilməməsi Ermənistanın KTMT-dən NATO-ya “keçidi” ilə nəticələnə bilər. Potensial olaraq Atlantik Alyansa qoşulmazdan əvvəl ABŞ-la gizli şəkildə “təhlükəsizlik təminatları” üzrə razılaşma əldə etdikdən sonra Finlandiya və İsveç keçən may ayında ondan eyni şeyi almışdı. Ermənistan da bu xülyadadır. Sadə dillə desək, Ermənistanın Azərbaycanla hələ də sülhə razılıq verməməsində NATO və Rusiya arasında yeni Soyuq Müharibə rəqabəti rol oynayıb, çünki İrəvan öz maraqlarını qorumaq üçün bu iki rəqibi ələ salmağa çalışır. 

- Belə görünür ki, Ermənistan son kartlarını oynayır. Bu da sülh müqaviləsini gecikdirir?!

- Qeyd etdiyimiz məsələlər sülh üçün əngəl kimi qalmaqdadır. Lakin gələcək günlərdə məsələlər tam dəyişə bilər. Bütün bunlar siyasi gedişlərdən asılı olacaq.

- Cənab Korybko, müsahibə üçün təşəkkür edirəm

- Çox sağ olun.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Hacı Kərimov Avropa çempionatının finalında

Hacı Kərimov Avropa çempionatının finalında

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

“Karvan-Yevlax”da yeni baş məşqçi

“Karvan-Yevlax”da yeni baş məşqçi

End of content

No more pages to load

RADİO