Berlin Rusiya Federasiyasının Almaniyadakı beş konsulluğundan dördünün fəaliyyəti üçün icazəni ləğv edib.
Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Almaniya 2023-cü ilin sonuna qədər baş konsulluqların bağlanması barədə Rusiyanı məlumatlandırıb.
Məlumata görə, Almaniya Rusiyadakı alman qurumlarının işçilərinin sayını məhdudlaşdırdıqdan sonra Kalininqrad, Yekaterinburq və Novosibirskdəki baş konsulluqlarını noyabr ayına qədər bağlamaq niyyətindədir.
Bizim.Media