Rişi Sunak: "Azərbaycan etibarlı enerji partnyorudur"

Böyük Britaniya Baş naziri Rişi Sunakın Bakı Enerji Həftəsinin iştirakçılarına məktubu oxunub.

Bizim.Media xəbər verir ki, məktubu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson oxuyub.

Məktubda deyilir:

“Hörmətli Prezident Əliyev,

Bakı Enerji Həftəsində Sizə uğurlar arzulayıram. İqlim dəyişikliyinin yaratdığı problemlərlə mübarizə və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində işlədiyimiz bir zamanda Bakı Enerji Həftəsi beynəlxalq fikir adamlarını bir yerə toplayır. Bu həm ictimai, həm də özəl sektordan olan fikir adamlarıdır.

Qlobal enerji arenasında Azərbaycanın rolu etibarlı enerji partnyoru kimi vacibdir. Azərbaycanın Avropaya təbii qaz ixracının artırılması istiqamətində sadiqliyi - 2027-ci ilə qədər 20 mlrd. kub metrə qədər çatdırılması artıq Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir.

Enerji resurslarının şaxələndirilməsi Rusiyanın enerjidən geosiyasi silah kimi istifadə etməsinin qarşısını alır. Mən həmçinin Azərbaycanın bərpa olunan böyük enerji potensialının istifadəsi istiqamətində sizin səylərinizi alqışlayıram. Enerji keçidi istiqamətində sizin avropalı tərəfdaşlarla əməkdaşlıq planınız bu keçid prosesində vacib olacaq. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində yaradılan Yaşıl Enerji Məşvərət Şurası və Qara dəniz vasitəsilə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi təşəbbüsü gələcək vəd edir.
Son illər ərzində BB Azərbaycanın yaşıl enerjiyə keçidini dəstəkləyib. Bu, potensialın formalaşdırılması və yaşıl enerji ilə bağlı məlumatlılığın artırılması proqramı çərçivəsində imzalanıb. Bu təşəbbüslər yalnız Azərbaycanın enerji dayanıqlığına töhfə vermir, həmçinin iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlıq yaradır. Fürsətdən istifadə edərək bir daha BB-nı Azərbaycanla və beynəlxalq tərəfdaşlarla təmiz enerjiyə keçid prosesinə sürətləndirməkdə sadiqliyini vurğulamaq istəyirəm.

Mən ümid edirəm ki, Bakı Enerji Həftəsi çox böyük uğur olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Hacı Kərimov Avropa çempionatının finalında

Hacı Kərimov Avropa çempionatının finalında

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

“Karvan-Yevlax”da yeni baş məşqçi

“Karvan-Yevlax”da yeni baş məşqçi

End of content

No more pages to load

RADİO