Bayden Azərbaycanın enerji təchizatında vacib rol oynadığını AÇIQLADI

“Azərbaycan bu regionda və region xaricində enerji təhlükəsizliyinin gücləndirilməsində davamlı tərəfdaş olub. ABŞ Azərbaycanla davam edən bu əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir”.

Bizim.Media xəbər verir ki, bunu Bakı Enerji Həftəsinin açılışında çıxışında ABŞ dövlət katibinin enerji resursları bürosu üzrə köməkçisi Ceffri Payett deyib.

ABŞ rəsmisi qeyd edib ki, onun ölkəsi Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizə sahəsində də birgə işləməyə hazırdır.

Daha sonra ABŞ Prezidenti Co Baydenin iştirakçılara müraciəti səsləndirilib.

Müraciətdə deyilir:

“Cənab prezident,

Mən sizə və Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram. Son 30 ildə Azərbaycan və ABŞ güclü tərəfdaşlıq qurublar. Bu əməkdaşlığımız beynəlxalq təhdidlərə qarşı birgə mübarizə aparmaq, inklüziv iqtisadi böyüməni təşviq etmək kimi sahələri əhatə edir. Bu tədbir ölkələrimizin təhlükəsiz və yaşıl enerji ilə bağlı sadiqliyini ifadə edir.

Azərbaycan bu səylərdə vacib rol oynayır. Orta dəhlizinin qurulması, Cənub Qaz Dəhlizinin çəkilməsi, bütün bu addımlar enerji mənbələrini şaxələndirilməsi və enerji dayanıqlılığına xidmət edir. Azərbaycan qlobal səviyyədə təhlükəsiz enerji təchizatında vacib rol oynayır. Mən Azərbaycanın qlobal iqlim hədəflərinə çatmaq istiqamətində səylərindən heyrətlənirəm.

Bura bərpa olunan enerji ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsi və enerji effektivliyi ilə bağlı atdığı addımlar aiddir. Bu tədbirlər həyata keçirilərkən ABŞ Azərbaycanın yanında olacaq. Biz ölkədə islahatların və qanunun aliliyini dəstəkləyirik. ABŞ həmçinin regionda davamlı və dayanıqlı sülhün əldə olunmasını dəstəkləməyə davam edəcək. Bu, Cənubi Qafqazda gələcək nəsillər üçün çiçəklənməyə və stabilliyə töhfə verəcək. Mən qarşıdan gələn illərdə də əməkdaşlığımızı səbirsizliklə gözləyirəm.

Hörmətlə Cozef Bayden”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Hacı Kərimov Avropa çempionatının finalında

Hacı Kərimov Avropa çempionatının finalında

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

“Karvan-Yevlax”da yeni baş məşqçi

“Karvan-Yevlax”da yeni baş məşqçi

End of content

No more pages to load

RADİO