Arvadı erməni olan senatorun başı QALMAQALDA

ABŞ-ın Manhetten Federal Prokurorluğu və Federal Təhlükəsizlik Bürosu (FTB) Nyu-Cersi ştatından olan senator Robert Menendez və onun erməni əsilli arvadı Nadine Arslanyanın “IS EG Halal” ət şirkətindən lüks avtomobil və Vaşinqtonda mənzil hədiyyə almaları barədə məsələni araşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” nəşri məlumat yayıb.

Prokurorluğun nümayəndəsi ilə görüşən vəkilin dediyinə görə, Menendezlə bağlı bu istintaq ət şirkətinin ofislərində və onun sahibinin evində aparılan axtarışla bağlıdır.

2019-cu ildə həmin ət biznesi eksklüziv müqavilə qazanıb və Misirdən halal ət ixracı hüququnu əldə edən yeganə şirkət olub. Məhkəmənin qərarı ilə 2019-cu ildə “IS EG Halal” şirkətinin ofisində və şirkətin rəhbəri Vael Hananın evində aparılmış axtarış zamanı kompüterlər, mobil telefonlar və sənədlər müsadirə edilib.
Məlum olub ki, Vael Hana Misirdən ABŞ-a mühacirət edən xristiandır. O, məhkəməyə ifadəsində etiraf edib ki, qlobal şirkəti idarə etməyə başlamazdan əvvəl İslam qanunlarına uyğun olaraq halal ət hazırlamaq təcrübəsinə malik olmayıb. V.Hananın sözçüsü onun, yaxud şirkətin Menendezə və onun həyat yoldaşı Nadine Arslanyana hədiyyə verməsi barədə faktları təkzib edib.

Menendez erməni əsilli Nadine Arslanyan ilə 2020-ci ilin oktyabrında evlənib. Onun 2021-ci ilin may ayında federal orqanların tələbinə uyğun olaraq təqdim etdiyi maliyyə hesabatına görə, onlar Nyu-Cersidəki nüfuzlu şəxslərdən toy hədiyyələri alıblar.
2022-ci ilin martında Menendez bu hesabata düzəliş edərək arvadına məxsus, dəyəri 100 min dollardan 250 min dollara qədər olan qızıl külçələri də daxil edib. Lakin senatorun maliyyə hesabatlarında nə “Mercedes-Benz” markalı avtomobilin, nə də mənzilin adı qeyd olunmayıb. Onun sözçüsü Cennifer Morril bu barədə heç bir fakt olmadığını bildirərək iddiaları yersiz adlandırsa da, lüks avtomobil və Vaşinqtondakı mənzillə bağlı istintaq məsələsinə, həmçinin senatorun arvadına məxsus qızıl külçələrlə bağlı sualları da cavablandırmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Hacı Kərimov Avropa çempionatının finalında

Hacı Kərimov Avropa çempionatının finalında

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

“Karvan-Yevlax”da yeni baş məşqçi

“Karvan-Yevlax”da yeni baş məşqçi

End of content

No more pages to load

RADİO