Rusiyanın Rostov-Don şəhərində tribuna çöküb.
Bizim.Media xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubyev məlumat verib.
Məlumata görə, hadisə nəticəsində 15-i uşaq olmaqla, 26 nəfər xəsarət alıb. İnsident avarçəkmə kanalı sahilində baş verib.
Qubernatorun sözlərinə görə, yaralananlardan 3-nün vəziyyəti olduqca ağırdır. O, şiddətli küləyin çökməyə səbəb olduğunu qeyd edib.


Bizim.Media