Almaniya kansleri Olaf Şolts ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, Şolts Ərdoğanı yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib və onu Almaniyaya səfərə dəvət edib.
Bizim.Media