Şahmat üzrə sabiq dünya çempionu Maqnus Karlsen “Norway Chess” turnirindən əvvəl buzlu suda çimib.
Bizim.Media xəbər verir ki, norveçli qrossmeyster sosial şəbəkə vasitəsilə üzərkən şəklini paylaşıb və bunu yazıb:
“Ənənəmə sadiq qalaraq turnirə gedərkən Oslo – Stavanger yolunun üzrəində Norveçin dağ sularından birində çimdim”.
Xatırladaq ki, nüfuzlu turnir bu gün start götürür. Hazırda Karlsen FİDE-nin reytinqində 2853 xalla ilk sırada qərarlaşıb. İkinci pillədə rusiyalı qrossmeyster Yan Nepomnyaşi, 3-cü sırada isə çinli dünya çempionu Dinq Liren qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media