Kanada parlamenti qarşısında Azərbaycan bayrağı qaldırılıb

Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Toronto Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin üzvləri, Azərbaycanın və Türkiyənin Kanadadakı səfirliklərinin əməkdaşları, Ottava, Toronto və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının fəalları və diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər. Qonaqlar arasında Türkiyənin Kanadaya yeni təyin olunmuş səfiri Esra Demir də olub. 

Tədbirdə Kanada parlamentinin üzvü Çandra Arya, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova, Kvebek Azərbaycanlıları Assosiasyasının sədri Məsud Əliyev və digərləri çıxış ediblər.
Kanada azərbaycanlılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edən natiqlər bu möhtəşəm hadisənin tarixi, önəmi, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə fikirlərini söyləyib, Azərbaycan icmasının Kanadanın ictimai-siyasi, iqtisadi-sosial, humanitar sahələrinə və mədəni müxtəlifliyinə verdiyi töhfələri nəzərə çatdırıblar. 

Rəsmi hissənin sonunda Azərbaycanın Dövlət himninin sədaları altında üçrəngli bayrağımız Lalin Həsənova tərəfindən Kanada parlamenti önündə ucaldılıb. 

Tədbirdə Azərbaycan rəqsləri nümayiş etdirilib və Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdlərinin ifasında vətənimizə həsr olunmuş şeirlər səsləndirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Hacı Kərimov Avropa çempionatının finalında

Hacı Kərimov Avropa çempionatının finalında

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

Kərəm Bürsin Bakıya heyran qaldı - VİDEO

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

“Qarabağ” Duranın satışından nə qədər qazanıb?

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu – Rəsmi qəbuldan təfərrüatlar - FOTO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

4 gündür dənizdə batan Zeynəbin axtarışına helikopter cəlb olundu - VİDEO

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

Qorxmaz Əlilicanzadə üz iflici keçirib

“Karvan-Yevlax”da yeni baş məşqçi

“Karvan-Yevlax”da yeni baş məşqçi

End of content

No more pages to load

RADİO