Aİ Şurasının İşçi Qrupu Ermənistanın vandalizm aktları, dağıntıları barədə məlumatlandırılıb - FOTO 

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) 29-31 may tarixləri üçün Azərbaycana səfəri başlayıb. 

Bizim.Media xəbər verir ki, təxminən 40 nəfərlik nümayəndə heyətin tərkibinə Aİ üzv dövlətlərin Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərində region üzrə məsul diplomatları, həmçinin Aİ Şurası, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmiləri daxildir. 

29 may tarixində COEST Qrupu ilk olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib.

Səfər zamanı nümayəndə heyətinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, eləcə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın rəhbər vəzifəli şəxsləri ilə görüşləri keçirilib. 

COEST nümayəndə heyətinə Ermənistan Respublikası tərəfindən 30 illik işğal dövründə törədilmiş vandalizm aktları, dağıntılar, ümumlikdə işğalın ağır nəticələri, həmçinin Vətən müharibəsindən sonra həyata keçirilən tikinti-quruculuq layihələri və keçmiş məcburi köçkünlərin Böyük Qayıdış proqramı çərçivəsində Zəngilanın Ağalı, Tərtərin Talış kəndinə və Laçın şəhərinə qayıdışı barədə təqdimatlar keçirilib. Həmçinin, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər, onların meyit qalıqlarının aşkar edilməsi istiqamətində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən qazıntı və eksqumasiya prosesi barədə ətraflı məlumat verilib. 

Nümayəndə heyəti Ermənistan tərəfindən dağıdılmış Füzulinin Mərdinli kəndindəki məscidin qalıqları, həmçinin Qaraxanbəyli kəndindəki məzarlıqla tanış olublar.

Bildirilib ki, işğalçılar Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan Füzulidə salamat bina qoymayıblar. Şəhərdəki bütün yaşayış binaları və fərdi evlər, eyni zamanda şəhər mərkəzində fəaliyyət göstərən redaksiya, teatr binası və digər tikililər yerlə yeksan edilib. 

Nümayəndə heyəti daha sonra işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər iştirakçıları “Qafqazın Xirosiması” kimi tanınan Ağdam şəhərinin dağıntıları ilə tanış olub, Dram teatrının salamat qalan divarına baxıblar. Qeyd olunub ki, törədilmiş vandalizm aktlarına ərazilərdəki tarixi, mədəniyyət və memarlıq nümunələri, mağara və kurqan, türbə və qəbirüstü abidələr də daxildir. 

Nümayəndə heyəti həmçinin Ağdamda minatəmizləmə fəaliyyəti ilə məşğul olan ANAMA əməkdaşları ilə görüşüb, ərazidən tapılan mina və partlamamış silah-sursatların bir qisminin zərərsizləşdirilməsində iştirak ediblər. 

Aİ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra dövlət qurumlarının yüksək vəzifəli rəsmi şəxsləri ilə də görüşləri nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

End of content

No more pages to load

RADİO