Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov jurnalistlərə bildirib.
Məlumata görə, Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü Soçidə baş tutacaq.
O həmçinin iyunun 7-dən 9-dək Soçidə keçiriləcək MDB və Aİİ-nin II Gənclər Forumunda iştirak edəcək.
Bizim.Media