Kosovo və Metohiyada yaşayan serblər inzibati binaları qorumaq üçün barrikadalar qurmağa başlayıblar.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki,Leposaviç bələdiyyəsinin sakinləri tikinti texnikasının köməyi ilə barrikadalar qurublar.
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Silahlı Qüvvələrin bölmələrinin təcili olaraq Kosovo və Metohiya ilə inzibati sərhədə göndərilməsi ilə bağlı əmr imzalayıb.
Bizim.Media