Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 36 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Son sutkada həmçinin qarşı tərəfin 1 “Su-25” təyyarəsi vurulub.
“Bundan başqa Rusiya ordusunun canlı qüvvəsinin cəmləşdiyi 2 ərazi, 1 sursat anbarı, 1 radiolokasiya stansiyası və 2 artilleriya diviziyası məhv edilib”, - Baş Qərargahdan bildirilib.
Bizim.Media