Amerikalı iş adamı İlon Maska məxsus "Neuralink" neyrotexnologiya şirkəti əllərin köməyi olmadan kompüter və telefondan istifadə etmək üçün insan beyninə çip implantasiya etmək üçün klinik sınaqlar keçirməyə icazə aldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin "Twitter" səhifəsində məlumat verilib.
"İnsan üzərində ilk klinik sınağımıza başlamaq üçün ABŞ Qida və Dərman Administrasiyasından icazə aldığımızı elan etməkdən məmnunuq", - deyə məlumatda bildirilib.
Klinik sınaq üçün qeydiyyat hələki başlamayıb.
Bizim.Media