“Ermənistan və Azərbaycan arasında müəyyən çətinliklər olsa da, vəziyyət nizamlanmaya doğru gedir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü zamanı bildirib.
“Ümumiyyətlə, mənim fikrimcə, hələ kifayət qədər olan hər hansı çətinlik və problemlərə baxmayaraq, vəziyyət hələ də nizamlanma istiqamətində inkişaf edir. Mənim fikrimcə bunlar sırf texniki məsələlərdir və aşıla bilən maneələrdir. Mən hər üçümüzün fikrini nəzərdə tuturam: Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin”, - deyə Putin qeyd edib.
Bizim.Media