Ermənistanın müdafiə naziri Suren Papikyan KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Minskə getməyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan yayıb.
"Onun əvəzinə Ermənistan Müdafiə Nazirliyinin Təşkilatın Birgə Qərargahındakı nümayəndəsi Artak Tonoyan Minskə yollanıb", deyə Torosyan bildirib.
Bizim.Media