NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ilə hərbi münaqişənin bitənə qədər Şimali Atlantika Alyansına daxil olmasının mümkünsüzlüyünü açıqlayıb.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Stoltenberq Brüssel forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, müharibə ərəfəsində Ukraynanın NATO-ya daxil olması mümkün deyil.
Qeyd edək ki, dünən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna və Polşanın Kiyevin NATO-ya daxil olması ilə bağlı konsensus yaratmaq üçün birlikdə çalışacağını bildirib.
Bizim.Media