Qarabağ zəfəri ilə türk dünyası birlik və həmrəylik nümunəsi göstərdi.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbulda “Böyük Türkiyə Vizyonu” adlı paneldə çıxışı zamanı bildirib.
O, qeyd edib ki, Qarabağ zəfəri başda Azərbaycanın olmaqla, həm də bütün türk dünyasının zəfəridir.
Fəxrəddin Altunun sözlərinə görə, Türkiyə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə münasibətlərini daha da dərinləşdirəcək.
Bizim.Media