"İrana qarşı müharibəyə gətirib çıxara biləcək hadisələr baş verir".
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Herzl Halevi Reyxman Universitetində keçirilən konfransda deyib.
Onun sözlərinə görə, İranın bölgədəki ən güclü varlığı "Hizbullah"dır.
"Hizbullah bizə meydan oxumağa cəsarət edir. Şimalda münaqişə çətin olacaq, lakin biz bununla necə məşğul olacağımızı biləcəyik. Regional səviyyədə İran ətrafımızdakı hər şeyə qarışıb. Bizim İrana zərbə vurmaq imkanımız var”, - deyə o, qeyd edib.
Bizim.Media