ABŞ Dövlət Departamenti Nyu-Yokda “Türk Evi”nə qarşı törədilmiş vandalizm aktını qınayıb.
Bizim.Media xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib ki, departamentin Diplomatik Təhlükəsizlik Xidməti yerli hüquq-mühafizə orqanları ilə birlikdə məsələni araşdırır.
“Biz Nyu-York şəhərindəki “Türk Evi”nə qarşı törədilmiş vandalizm xəbərlərini görmüşük. Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti yerli hüquq-mühafizə orqanlarının rəsmiləri ilə təhqiqat aparırlar. Biz vandalizmi qınayırıq. ABŞ-da zorakılıq, diplomatik cinayətlərin cəzası var”, - Miller deyib.
Bizim.Media