ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Ağ Evdə “Ulduz döyüşü”x9d fantastik filmin qəhrəmanları ilə rəqs ediblər.
Oxu.Az xəbər verir ki, müvafiq video Ağ Evin mətbuat xidməti tərəfindən Facebook-da yerləşdirilib.
Videoya şərhdə “Dance. Or dance not. There is no try”x9d yazılıb.
Qeyd edək ki, onlar Qalaktika İmperiyasının astromexaniki droidi R2-D2 və hücumçuları, elit döyüşçülər ilə rəqs ediblər.