Böyük Britaniya bir sıra ölkələrin, o cümlədən Rusiya, Belarus və İran liderlərinə kral III Çarlzın tacqoyma mərasiminə dəvət göndərməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mərasimə dəvət olunmayan ölkələr arasında Myanma, Suriya, Əfqanıstan və Venesuela liderləri də var.
Vestminster Abbatlığında keçirilən tacqoyma mərasiminə dövlət başçıları və kral ailələrinin nümayəndələri də daxil olmaqla 2200 qonaq dəvət olunub.
Mərasimə Böyük Britaniyanın dostluq diplomatik münasibətləri saxladığı dövlətlərin başçıları, habelə ölkənin xarici ərazilərinin administrasiyalarının rəhbərlərini dəvət edilib.
Bizim.Media