İranda hərbi bazada partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu, partlayış Semnan əyalətinin Damqanq şəhəri yaxınlığında yerləşən SEPAH-ın bazasında baş verib. Belə ki, hərbi obyektdə sursatın daşınması zamanı partlayış baş verib.
Partlayışın dəqiq nədən baş verdiyi barədə məlumat verilmir. Dağıntı və tələfat barədə də məlumat yoxdur.
Bizim.Media