Rusiya bu ilin aprelində Ukrayna ordusunun 15 mindən çox itki verdiyini açıqlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.
Şoyqu bildirib ki, xüsusi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin səkkiz təyyarə, 277 pilotsuz uçuş aparatı, 430 tank və digər zirehli döyüş maşını, reaktiv yaylım atəşi sistemlərinin 18 döyüş maşını, 225 səhra artilleriya silahı və minaatanları məhv edilib.
Bizim.Media