"Ukrayna ordusu Baxmutda əks hücuma keçib. Ruslar artıq bəzi mövqelərini tərk edib".
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general Aleksandr Sırski səsləndirib.
Onun sözlərinə görə, Rusiya döyüşə "Vaqner"in yeni qruplaşmalarını və desantçıları göndərir:
"Vəziyyət mürəkkəbdir. Lakin düşmən Baxmutu tuta bilməz".
Bu arada bəzi KİV-lər yazır ki, ruslar mayın 9-dək Baxmutu ələ keçirmək istəyir. Məqsəd odur ki, Putin həmin gün müharibənin bitdiyini və “xüsusi əməliyyatın məqsədlərinə” çatdığını bəyan etsin.

Bizim.Media