Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, bu müharibədə əsas döyüşlər qarşıdadır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna lideri Ukrayna Sərhəd Mühafizəsi Günü münasibətilə keçirilən tədbirlərdə iştirak edərkən deyib.
Onun sözlərinə görə, Ukrayna və onun vətəndaşları bütün əraziləri Rusiya ordusundan azad etməlidir.
“Biz torpağımızı və xalqımızı rus əsarətindən azad etməliyik. Biz həm quruda, həm də dənizdə dövlət sərhədimizin tam xəttini bərpa etməliyik”, - deyə Zelenski bildirib.
Bizim.Media