Ukrayna səmasında 4 ədəd "Şahed-136/131" kamikadze dronu məhv edilib.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, aprelin 21-də axşam saat 19:00 radələrində Rusiya ordusu “Şahed-136/131” kamikadze PUA-ları ilə cənub-şərqdən Ukraynaya hücum edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin Şərq Hava Komandanlığının zenit müdafiə qüvvələri və vasitələri Ukrayna Milli Qvardiyasının Hava Hücumundan Müdafiə Qoşunları ilə birgə beş İran dronundan dördünü məhv edib.
Bizim.Media