“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il həll etmiş olacağıq”.
Bizim.Media xəbər verir ki bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Qaziosmanpaşa meydanında “Kentsel Dönüşüm” layihəsinin tədbirində çıxışı zamanı bildirib.
“Nə qədər ki, bu qardaşınız hakimiyyətdə olacaq, faiz arta bilməz. Türkiyədə faiz dərəcələri azalacaq. Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”, - deyə Ərdoğan qeyd edib.
Bizim.Media