Ukraynalı hərbçilər Avropa Birliyi (AB) ölkələrində təlim keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Siyasət Xidmətinin rəhbəri Jozep Borrell özünün “Twitter” hesabında məlumat verib.
"Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında mən AB-nin hərbi dəstəyi ilə bağlı yenilikləri təqdim etdim. Artıq 16 mindən çox Ukrayna əsgəri təlim keçib", - paylaşımda qeyd edilib.
Eyni zamanda o, əlavə edib ki, AB-yə üzv ölkələr Ukraynaya 600 milyon avrodan çox sursat və raketlər verib.
Bizim.Media