Sudan ordusu paytaxt Xartum ətrafındakı əraziləri Çevik Reaksiya Qüvvələrindən təmizləməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Sudan ordusunun Feysbuk hesabında bildirilib.
Qeyd olunub ki, paytaxt ətrafında üsyançı qrupların tədricən təmizlənməsi mərhələsinə keçilib.
Xatırladaq ki, 15 apreldən Sudanda ordu ilə xüsusi təyinatlılar arasında qarşıdurmalar yaşanır.
Bizim.Media