Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib.
Rusiya-Ukrayna müharibəsindən sonra ilk dəfə aprelin 21-də Ukraynaya səfər etdiyini xatırladan Stoltenberq bildirib:
“Prezident Zelenski ilə iyulda Vilnüsdə keçiriləcək NATO Zirvə toplantısına hazırlığı da müzakirə etdik. Mən onu sammitin toplantısına dəvət etdim. Onun dəvətimi qəbul etdiyi və sammitdə iştirak edəcəyi üçün şadam”.
Bizim.Media