Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin ZDF telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinə edilən zərbələri “tamamilə normal” hesab etməsinin ardından Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ona özünəməxsus cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə Medvedev özünün “Twitter” hesabında yazıb.
O qeyd edib ki, Rusiyaya hücum etmək istəyən Almaniyanın müdafiə naziri Boris Pistorius Berlindəki Rusiya paradına da hazır olmalıdır:
“Almaniyanın müdafiə naziri heç düşünmədən bizim ərazimizdəki hərbi əməliyyatlar haqqında nəsə çərənləyib. O, şübhəsiz, Üçüncü Reyxin hərbi rəhbərlərinin şöhrətinə paxıllıq edir”.

Bizim.Media