Terror təşkilatı PKK/YPG Suriyanın şimalında, Türkiyə Silahlı Qüvvələrinin “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyat bölgələrindəki bazalarını atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, terrorçuların hücumu nəticəsində 4 türk əsgəri yaralanıb. Onlar Kilis Dövlət Xəstəxanasına çatdırılıb.
Terrorçuların mövqeləri müəyyən edilərək antiterror əməliyyatı başladılıb.
Bizim.Media