Pakistanda Dini İşlər və Dinlərarası Razılaşma naziri Əbdül Şakur yol qəzasında ölüb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəza bu gecə İslamabadda baş verib.
Mənbə yazır ki, nazirin avtomobili digər avtomobilə çırpılıb. Nəticədə Əbdül Şakur ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Pakistan prezidenti Arif Alvi və baş nazir Şahbaz Şərif nazirin vəfatı ilə bağlı başsağlığı verib.
Bizim.Media