Xəbər verdiyimiz kimi, Sudanın Xartum şəhərində hərbi çevrilişə cəhd edilib.
Bizim.Media xəbər verir ki, Xartum Beynəlxalq Hava Limanında Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş verən toqquşmalarda Birləşmiş Millətlər Təşkilatına məxsus təyyarə tamamilə məhv edilib.
Onun gövdəsinin parçalandığı və yandığı bildirilib.
Təyyarənin hansı tərəfin atəşi nəticəsində məhv edildiyi dəqiqləşdirilməyib.
Bizim.Media