Rusiyada telefon sifariş edən şəxs məyus olub.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva şəhər sakini özünə yeni mobil telefon sifariş edib və dələduzluqla üzləşib.
Belə ki, sifariş etdiyi 10 milyon rubl (təxminən 208 min manat) dəyərində qiymətli daşlarla bəzədilmiş “Vertu” telefonu təhvil almaq üçün həmin şəxs “Afimall” ticarət mərkəzində kuryerlə görüşüb.
Qutunu açan gənc bahalı telefon əvəzinə bir paket kağız tapıb.
O dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.
Bizim.Media