İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı daha bir BƏYANAT - VİDEO

Azərbaycan İdman Mediası İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat qəbul edib.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

“İrəvanda baş verənlər ağlasığmazdır, eyni zamanda istənilən idman turnirinin əsas dəyərlərinə belə açıq-aşkar hörmətsizlik nümayişi sadəcə olaraq qəbuledilməzdir. 14 aprel 2023-cü il tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Bayrağının yandırılmasına görə hiddətləndiyimizi bildiririk.

İstər ölkəmizdə, istərsə də xaricdə müxtəlif idman tədbirlərini işıqlandırmaq bizim peşəkar fəaliyyətimizin önəmli hissəsidir. Məlumdur ki, idman yarışları parlaq rekordlar və sağlam rəqabət deməkdir. Qələbə sevinci və məğlubiyyətlə yanaşı, idmanı bu qədər dəyərli edən başqa bir unikal xüsusiyyət də var.
İdman hətta bütün digər kommunikasiya vasitələri ilə əlaqə qurmaq mümkün olmadıqda insanların ünsiyyəti üçün unikal fürsət verir. Olimpiyadaların mahiyyətində əks olunduğu kimi idman bütün dünyada sülhün carçısıdır.

Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həssaslığına baxmayaraq idmançılarımızın iştirakı ilə bağlı hərtərəfli müzakirələrdən sonra Azərbaycan milli komandası İrəvana yollanıb.

Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın Azərbaycana qarşı 30 illik işğalı ilə nəticələnib və BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmış tecavüzü torpaqlarımızın 20 faizini xarabalığa və minalanmış ərazilərə çevirib. Biz 2020-ci ildə torpaqlarımızı azad edərək regionda davamlı sülhün bərqərar olması üçün səylər göstəririk. Bizim səlahiyyətli qurumlarımız tədbir təşkilatçılarının İrəvandakı çempionatın nifrət və qərəzdən azad olacağı ilə bağlı dəfələrlə verdikləri zəmanətə inanıb. İndi göründüyü kimi bunlar boş vədlər imiş.

Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyil. Çünki Ermənistan cəmiyyətində Azərbaycana və onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət Ermənistanda dərin iz buraxıb. Məhz bunun nəticəsidir ki, hansısa yolla akkreditə olunmuş, tədbir təşkilatçıları arasında olan bir barbar bayrağımızı yandırıb.
Onu da xatırladaq ki, elə həmin nifrət səbəbindən bu həftənin əvvəlində əlverişsiz hava şəraitinə görə yolunu azmış və Ermənistanın müvafiq səlahiyyətli qurumları tərəfindən saxlanılan iki silahsız Azərbaycan əsgəri döyülərək alçaldılıb.

Azərbaycan mütəmadi olaraq böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməkdədir. Biz bütün bu yarışları, o cümlədən erməni idmançıların iştirak etdiyi yarışları işıqlandırıb.

Ölkəmizdə heç vaxt belə iyrənc hadisələr baş verməyib. İdmançıların yarışmaq və əsl idman ruhundan həzz almaq üçün qatıldıqları yarışda iştirak etmələrinə şərait yaratmaq təşkilatçıların üzərinə düşən əsas məsuliyyətli vəzifədir.

Biz beynəlxalq ictimaiyyəti İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində baş vermiş iyrənc hadisəni pisləməyə çağırırıq. Azərbaycanın idman jurnalistləri olaraq auditoriyamıza idman sevinci bəxş edərək öz işimizi görmək imkanının olmasını istəyirik.”

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb göl kənarına atdılar

Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb göl kənarına atdılar

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

“Qalatasaray” “Real”ın futbolçusunu transfer etmək istəyir

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEOÇARX

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Sahil Babayev Kerem Bursinlə bir arada – VİDEO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Cərrahlar Qusarda bir araya gəldi - Canlı cərrahiyyə əməliyyatı göstərildi - FOTO

Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

Qadın basketbolçularımız Rumıniyanı məğlub etdi

Qadın basketbolçularımız Rumıniyanı məğlub etdi

Prezident: “Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik”

Prezident: “Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik”

Fransada anomal istilərə görə qırmızı təhlükə ELAN EDİLDİ

Fransada anomal istilərə görə qırmızı təhlükə ELAN EDİLDİ

Prezident: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

Prezident: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?

Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?

Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO

Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO

Bizim kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb - İlham Əliyev

Bizim kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb - İlham Əliyev

Mayonezlə pomidor yesəniz nə baş verər?

Mayonezlə pomidor yesəniz nə baş verər?

Hər kəs məşhur cütlüyün bu görüntülərindən DANIŞIR - FOTOLAR

Hər kəs məşhur cütlüyün bu görüntülərindən DANIŞIR - FOTOLAR

End of content

No more pages to load

RADİO