Əri tərəfindən şiddət görən 20 yaşlı Fatma Bebek adlı qadın özünü balkondan atıb.
Bizim.Media xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.
İki ayağı, qolu və beli qırılan qadın ərinin onu kəmər və süpürgə ilə döydüyünü bildirib.
Daha sonra isə ərinin onun ayağından dişləyərək ətini qopardığı üçün ağrılara dözməyərək özünü balkondan atdığını deyib.
Qeyd edək ki, həyat yoldaşına şiddət göstərən 31 yaşlı Şahin Bebek törətdiyi əməllərə görə həbs edilib.
Bizim.Media