Bayden Gürcüstanda Saakaşvilini istəyir – Region necə dəyişəcək?

"Gürcüstanda yaşanan hadisələrin səbəbi Saakaşvilinin rəhbərlik etdiyi partiyanın ölkədəki parlament seçkilərinin nəticələrindən narazılığıdır".

Gürcüstanda baş verənlər barədə Bizim.Media ilə söhbətdə bu sözləri deyən politoloq Elşən Manafov vurğuladı ki, hadisələrin səbəblərini iki məsələdə axtarmaq lazımdır:

"Gürcü müxalifətinin lideri sayılan Nika Melianın həbsi, 2 il əvvəl onun tərəfdarları ilə Gürcüstan parlamentinə hücum etməsi və o zaman gürcü məhkəmə orqanlarının bu şəxsi cərimə etməsi ilə bağlı məsələdən irəli gəlir.

 

MÖVZU İLƏ BAĞLI:

Bayden İraqın baş naziri ilə razılığa gəldi


Üstündən 2 il keçməsinə baxmayaraq cərimənin ödənilməməsi məhkəmə orqanlarına səbəb yaratdı ki, bu məsələyə bir daha müdaxilə etsinlər. Bu da Gürcüstanda hakimiyyətlə müxalifət arasında münasibətlərin bugünkü müstəviyə gəlmə səbəbi kimi qəbul oluna bilər".

Bunu məsələnin görünən tərəfi kimi dəyərləndirən politoloq son vaxtlar Saakaşvilinin fəallaşmasına da toxundu.

"Saakaşvilinin fəallaşması və tərəfdarlarını səsləyərək bəyan etməsi ki, onlar növbədənkənar parlament seçkiləri olsa qalib gələcəklər. Heç şübhəsiz ki, bunu Qərbdə - ABŞ-da Baydenin hakimiyyətə gəlməsi ilə əlaqəli nəzərdən keçirtmək lazımdır.

 

Çünki Bayden qlobalistlərin timsalında Rusiyanı Birləşmiş Ştatların birinci düşməni adlandırıb. Qeyd edib ki, ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirəcək, MDB məkanında Kremlin təsir imkanlarını minimuma endirəcək.


Görünür, Gürcüstanın qərbə inteqrasiya ilə bağlı prosesləri sürətləndirməsi Bayden iqtidarının qarşıya qoyduğu əsas prioritetlərdən biridir. Gürcü müxalifətinin də gözlənildiyindən daha çox fəallaşması qərbdən siyasi və maliyyə dəstəyinin nəticəsi kimi qəbul olunmalıdır”.

Saakaşvilinin qərbin adamı olduğu onsuz da birmənalıydı deyən Elşən Manafov onun Abxaziya və Osetiya suverenliyi mövzusunda əl atdığı siyasi avantüradan da bəhs etdi. Politoloq adıçəkilən bölgələrin müstəqilliyinin Rusiya tərəfindən tanınmasının beynəlxalq birlik tərəfindən qınandığını da söylədi.

"Düşünürəm ki, Gürcüstan müxalifətinin aktivləşməsi Qərblə Rusiya arasındakı münasibətlərin yeni formata keçidindən xəbər verir.

Çünki Ukrayna tərəfi Donbası danışıqlarla qaytarmaq istəsə də, problemin güc yolu ilə həlli istiqamətində də müəyyən addımlar atmaq fikrindədir".

Müsahibimizin fikrincə, bütövlükdə MDB məkanında bu kimi məsələlərin gündəmə gəlməsinə səbəb Azərbaycandır.

"Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını bərpa etməsi MDB məkanında Kremlin dəstəyini alan müəyyən separatçı qüvvələri sıxışdırmaq istəkləri doğurub.
 

Ukrayna və Gürcüstanın ardınca bu prosesə Moldova da qoşulacaq. Çünki Moldovada hakimiyyətə qərbçilərin gəlməsi birmənalıdır. Moldovada Rumıniya ilə birləşərək NATO üzvü olmaq barədə fikirlər səsləndirilir.


Bu mənada Gürcüstanda yaşanan hadisələrə Ukrayna və Moldovada baş verənlər fonunda qiymət verilməlidir", - deyə Elşən Manafov fikrini tamamladı.

Əslində bu fikirləri biz Rusiya prezidenti Vladimir Putinin də dilindən eşitmişik. Putin bu yaxınlarda çıxışlarının birində qeyd etmişdi ki, Qərb Rusiyanı postsovet məkanında sıxışdırmağa çalışır. 

Həmin məkan isə Gürcüstan, Moldova, Ukrayna, Belarusdur. Çünki Ermənistan və Orta Asiya Respublikalarında elə bir fürsət yoxdu, onlar birmənalı rusiyameyilli siyasət yürüdürlər. 

Baltikyanı üç ölkə isə Rusiyanın əhatə dairəsindən çoxdan uzaqlaşıb. 

Tək qalır Azərbaycan, burda isə təbii fürsətlərdən başqa, ölkəmiz həm də layt siyasət yürüdərək, bütün tərəflərə dost, əməkdaşlıq məsafəsində qalmağı bacarır.

Deməli, Gürcüstanda baş verənlər Qərbin dördlü gedişinin ilk həmləsidir. Region yeni sürprizlərə hazır olmalıdır.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

16 gün qaz olmayacaq – BU ƏRAZİLƏRDƏ

16 gün qaz olmayacaq – BU ƏRAZİLƏRDƏ

Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq

Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq

Bakının mərkəzində sükanı bloklanan maşın ağaca çırpıldı – FOTO

Bakının mərkəzində sükanı bloklanan maşın ağaca çırpıldı – FOTO

Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib

Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib

Ermənistan sərhədinə qədər yol layihələri 2027-ci ildə tamamlanacaq

Ermənistan sərhədinə qədər yol layihələri 2027-ci ildə tamamlanacaq

"Nizami" və "28 May" metrostansiyaları arasında əlavə avtobuslar ödənişli OLACAQ?

"Nizami" və "28 May" metrostansiyaları arasında əlavə avtobuslar ödənişli OLACAQ?

Yaxın 2-3 gün ərzində Bakıda hava necə olacaq?

Yaxın 2-3 gün ərzində Bakıda hava necə olacaq?

Silah-sursatın gömrük rəsmiləşdirilməsi ilə bağlı YENİ QAYDALAR

Silah-sursatın gömrük rəsmiləşdirilməsi ilə bağlı YENİ QAYDALAR

Qarabağın yeni nəqliyyat marşrutları – VİDEO

Qarabağın yeni nəqliyyat marşrutları – VİDEO

Şəmkirdə “Niva” yandı – VİDEO

Şəmkirdə “Niva” yandı – VİDEO

İqnasio Kassis: “Azərbaycanı ATƏT-in Nazirlər Şurasının iclasında da görmək istərdik”

İqnasio Kassis: “Azərbaycanı ATƏT-in Nazirlər Şurasının iclasında da görmək istərdik”

Yaxın zamanda İsveçrə ilə yeni razılaşmalar imzalanacaq - Nazir

Yaxın zamanda İsveçrə ilə yeni razılaşmalar imzalanacaq - Nazir

Regionun ən böyük kitab festivalı qayıdır – Bu tarixdə KEÇİRİLƏCƏK

Regionun ən böyük kitab festivalı qayıdır – Bu tarixdə KEÇİRİLƏCƏK

Ceyhun Bayramov: “Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır”

Ceyhun Bayramov: “Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır”

Culfa rayon icra başçısının DOSYESİ

Culfa rayon icra başçısının DOSYESİ

Tanınmış bloqer qəzaya düşdü, avtomobili aşdı - VİDEO

Tanınmış bloqer qəzaya düşdü, avtomobili aşdı - VİDEO

Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

İranda 4,1 bal gücündə zəlzələ oldu

İranda 4,1 bal gücündə zəlzələ oldu

Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edildi

Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edildi

Ordubadın icra başçısı dəyişdi

Ordubadın icra başçısı dəyişdi

Gəncədə kişi oğlunun öldürüldüyü istixanada mühafizəçini bıçaqladı

Gəncədə kişi oğlunun öldürüldüyü istixanada mühafizəçini bıçaqladı

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən AZAD EDİLDİ

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən AZAD EDİLDİ

Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olundu

Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olundu

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu – SƏRƏNCAM

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu – SƏRƏNCAM

End of content

No more pages to load

RADİO