Macarıstanın baş naziri Viktor Orban Donald Trampı dəstəklədiyinə görə, ABŞ-ın Budapeştdəki səfirliyi tərəfindən tənqid edilib.
Bizim.Media xəbər verir ki, Viktor Orban ABŞ-ın eks-prezidenti ilə çəkdirdiyi şəklini “Twitter” hesabında paylaşaraq, Trampa qarşıdan gələn məhkəmə prosesi ərəfəsində ona dəstək olduğunu nümayiş etdirib.
ABŞ səfiri David Pressman bu tviti Budapeştin ABŞ-ın daxili işlərinə qarışması kimi əlaqələndirərək, Orbanı tənqid edib.
Qeyd edək ki, Nyu-York məhkəməsinin hakimlər heyəti tərəfindən Trampa qarşı 30-dan çox biznes fırıldaqçılıq faktı üzrə cinayət işi açılıb. O, aprelin 4-də yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə 23:15) Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaq.
Bizim.Media
