Qüds şəhərində Knessetin binası qarşısında hökumət əleyhinə mitinq davam edir.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərə əsasən etirazçılar yenə də Baş nazir Benyamin Netanyahuya, onun hökumətinə, ölkənin məhkəmə sistemində təklif edilən islahatlara etiraz edirlər.
Qeyd edək ki, İsraildə ötən gündən etibarən əhali Benyamin Netanyahunun hökuməti tərəfindən məhkəmə islahatlarının aparılmasına qarşı etiraz edir və bunun üçün keçirilən ümummilli nümayişdə iştirak edirlər.
Bizim.Media