Putin və Ərdoğan arasındakı telefon danışığının detalları AÇIQLANDI

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, telefon danışığı zamanı müxtəlif sahələrdə Rusiya-Türkiyə tərəfdaşlığının aktual mövzuları müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan və Putin Ukraynadakı durumu MÜZAKİRƏ edib


Ticarət-iqtisadi əlaqələrin müsbət dinamikasından, enerji sektorunda, o cümlədən qaz təchizatında və Türkiyədə Akkuyu AES-in tikintisi ilə bağlı birgə strateji layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.

Türkiyə Prezidenti zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərilən köməyə, o cümlədən bu yaxınlarda Rusiyanın səhra xəstəxanasının Hatay vilayətinə yerləşdirilməsinə görə bir daha səmimi təşəkkürünü bildirib.
Həmçinin dağılmış infrastrukturun və yaşayış binalarının bərpası üçün Rusiyadan tikinti materiallarının tədarükünün təşkili imkanlarının işlənib hazırlanması razılaşdırılıb.

Türkiyə lideri Rusiyanın Qara dəniz limanlarından Ukrayna taxılının ixracı və Rusiyanın ərzaq və gübrələrinin ixracı ilə bağlı İstanbul sazişinin müddətini 60 gün uzadılmasına dair razılaşmasını müsbət qiymətləndirib.

Eyni zamanda, Rusiya tərəfinin adı çəkilən “paket” sazişlərinin ikinci hissəsinin – Rusiyadan kənd təsərrüfatı məhsullarına maneələrin aradan qaldırılmasının tam şəkildə həyata keçirilməsinə nail olmaq üçün prinsipial niyyəti barədə anlayış ifadə olunub.

Putin və Ərdoğan Suriya probleminə toxunublar. Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması prosesinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Türkiyə prezidenti bununla bağlı Rusiyanın konstruktiv vasitəçilik rolunu xüsusi qeyd edib.

Rusiya prezidenti Rəcəb Tayyib Ərdoğanı və türk xalqını müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

End of content

No more pages to load

RADİO