“Forbes” Rusiyaya Azərbaycandan nümunə götürməyi tövsiyyə etdi - TƏFƏRRÜAT

44 günlük Vətən müharibəsindən bizi 3 ilə yaxın vaxt ayırsa da Azərbaycan ordusunun şanlı zəfəri dünya dövlətləri tərəfindən hələ də öyrənilir, təqdir edilir. Təsadüfi deyil ki, məşhur “Forbes” jurnalı Azərbaycan ordusunun seçdiyi döyüş taktikasını geniş şəkildə təşviq və təhlil edib.

Məqalədə qeyd edilir ki, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında bir aydan çox davam edən müharibədə Azərbaycan hərbçiləri azı onlarla T-55 tankının olduğu bölüyü Ağdam rayonu yaxınlığında haubitsa kimi yerləşdirib.

Onlardan daha yeni T-72 tankları ermənilərin mövqelərinə birbaşa hücumları reallaşdırdı:

“Rusiya ordusunun uzun müddət anbarda saxladıqdan sonra Ukraynada cəbhə xəttində istifadəyə çevirmək üçün çıxardığı 70 yaşlı T-54 və T-55 tankları, ehtimal ki, Ukrayna ordusunun öz tankları ilə birbaşa döyüşdə tab gətirə bilməyəcək.

Rusiya ordusu qədim tanklardan tank kimi deyil, Azərbaycanın istifadə etdiyi kimi- artilleriya kimi istifadə edə bilərdi. T-55 tankdan iki dəfə uzaq, daha dəqiq, daha sürətli və daha uzun atəş aça bilən xüsusi haubitsa üçün zəif əvəzedicidir. Ukrayna müharibəsində və digər münaqişələrdə tanklardan artilleriya kimi istifadə edilməsinə dair çoxlu presedentlər var.

Ukrayna ordusu yerli istehsal olan T-64 tanklarının üç nəfərlik heyətlərində atəş üsulları tətbiq etməklə haubitsa çatışmazlığını kompensasiya edib. Rusiya ordusu da son vaxtlar, hətta ən yaxşı T-90-ları ilə də belə etdi”.
Bir sözlə, “Forbes” Rusiya ordusunun Ukrayna münaqişəsində gec də olsa Azərbaycan hərbçilərinin 44 günlük müharibədəki təcrübəsindən yararlana biləcəyindən ətraflı bəhs edib.

Məsələ ilə bağlı hərbi ekspert Elxan Şıxəliyevin fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirib ki,Azərbaycan ordusunun 44 günlük müharibədə seçdiyi taktika təkcə Rusiya üçün yox, müasir hərb sistemi üçün bir örnəkdir:

“Çünki, Azərbaycan yeni nəsl modern ordu ilə vuruşdu. Ən əsası mövcud hərbi döyüş maşınlar üzərində yeni tətbiqlər həyata keçirildi. Bildiyimiz kimi post-sovet məkanındakı bütün dövlətlərdə T-55 tankalrı var. Amma ilk dəfə Azərbaycan ordusu bu tanklardan yeni təyinat üzrə istifadə etdi. Yəni 44 günlük müharibədə T-55 tankarından biz top kimi istifadə etdik. Baxmayaraq ki, T-72 tankalrı daha müasir və modern idi. Amma Azərbaycan ordusu köhnə tanklarda müasir tələblər səviyyəsində istifadə etməsi qələbəyə öz qatqısını verdi”. 

Hərbi ekspert onu da əlavə edib ki, davam etməkdə olan Rusiya-Ukrayna müharibəsində T-55 tanklarından hər iki tərəf çox istifadə edir:

“Amma hər iki tərəfin əldə etdiyi uğur əmsalı Azərbaycanın qazancı ilə çox-çox azdır. Ümumiyyətlə 44 günlük müharibənin uğurlarından danışarkən “Forbes”in qeyd etmədiyi bəzi məqamları da unutmamalıyıq. Bunların da ən başlıcası Pilotsuz  Döyüş Aparatlarından geniş şəkildə və mahircəsinə istifadə edilməsidir. Dünyanın hərbi ekspertləri təsadüfi deyil ki, 44 günlük müharibəni bəzən “ulduz müharibəsi” adlandırırlar. Bu da PUA-lardan Azərbaycan tərəfinin unikal şəkildə istifadə etməsidir. Həmçinin xüsusi təyinatlılarımızın döyüş yolu istənilən ölkə üçün öyrəniləsi materialdır. Bir sözlə, lokal şəraitdə qələbəni təmin etməyin ən uğurlu variantı Azərbaycan ordusunun nailiyyətləridir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

End of content

No more pages to load

RADİO