“DEMOKRATİYA SAMMİTİ”: ABŞ-ın dünyanı bir daha parçalamaq CƏHDİ

ABŞ demək olar ki, bütün ölkələri ələ salmaqla məşğuldur. XXI əsrdə isə Ağ Ev yeni polittexnologiyalarla dövlətləri “siyasi marafona” çıxararaq rəsmən nəfəsini kəsir. Son 7-8 ildə isə bu siyasətə şou elelmentləri də qatılıb. Trampdan başlayaraq bu ölkənin apardığı siyasət ciddilik meyarlarından tamamilə uzaq düşüb. 

Bu əksər beyin mərkəzlərinin gəldiyi qənaətdir.

Saxtakar demokratlar

Martın 30-da “Demokratiya sammiti” adlı növbəti şou-tədbirini keçirməyi planlaşdıran ABŞ bunu öz hərəkətləri ilə dönə-dönə sübut edir. Maraqlıdır ki, adında demokratiya olan bu toplantının iştirakçılarını nəzərdən keçirsək, hər şey aydın olar. Dəvətli ölkələrin rəhbərlərinə bir neçə gündə “demokratiya dərsi” keçəcək “demokratlar”ların hamısı adı başqa ölkələrdə həyata keçirilən dövlət çevirilişlərində hallanan adamlardır.

Tədbirin əsas təşkilatçısı USAİD və onun ermənipərəst rəhbəri Samanta Pover, eləcə də NED təşkilatıdır ki, onları indi müharibələrlə, aclıq və səfalətlə boğulan ölkələrdə daha yaxşı tanıyırlar.

Bu da deməyə əsas verir ki, ABŞ-da keçiriləcək növbəti “Demokratiya sammiti” konkret maraqlara xidmət edir

Tədbir demokratiya anlayışından çox-çox uzaqdır. Belə olmasa idi sammitə qeyri-xristian dövlətləri də dəvət alardı. Halbuki, ABŞ son 20 ildə demokratiya adı ilə 10-yaxın müsəlman ölkəsini xarabazarlığa çevirib. Misir, Liviya, Suriya, İraq, Əfqanıstan və digər müsəlman ölkələri neçə illərdir ki, ABŞ-ın gətirdiyi “ərəb baharı” adlı demokratiya oyunun əzabları içində qovrulurlar.

Demokratiya adı altında cəza mexanizmi 

Dəvət olunmayan dövlətlər əsasən ABŞ-ın siyasi maraqlarına xidmət etməyən ölkələrdir. Məsələn, Aİ-nin üzvü olan Macarıstan bu tədbirdən kənarda qalıb. Səbəbsə çox sadədir.

Macarıstan Rusiyaya qarşı münasibətdə ABŞ dediyi kimi hərəkət etmir. Və yaxud Türkiyəni götürək. NATO-da ABŞ-dan sonra ən böyük hərbi kontingentlə təmsil olunan Türkiyənin belə bir tədbirdən kənarda saxlanılmasının səbəbi rəsmi Ankaranın müstəqil siyasət yeritməsidir.

Türkiyə hazırkı məqamda Ağ Ev üçün “sözə baxmayan dövlət” statusunu daşıyır. Amma son illərdə baş verən hadisələrin xronologiyasına baxanda Türkiyə sivilizasiya ABŞ-dan daha çox töhfə verib. Həm ərəb dövlətlərində siyasi sabitliyin yaranmasında, həm də dünyanın taxıl böhranından qurtarılmasında Türkiyənin əvəzsiz xidmətləri var. Amma ABŞ-a sivilizasiyaya töhfə verən yox, Ağ Evə dəstək verənlər lazımdır. 

Başqa bir şübhəli məqamsa tədbirə Gürcüstan hökümətinin yox, prezidentinin dəvət almasıdır. Bu dəvət Salome Zurabaşviliyə ona görə verilib ki, o həm də Fransa vətəndaşıdır. 

Ermənistanın demokratlığı

ABŞ-ın bəsit və korporativ maraqlarının nəticəsidir ki, dəvətlilər arasında Ermənistan kimi ölkələrin adı var. Halbuki, bir neçə müddət əvvəl ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Ermənistan siyasi təqiblərin olduğu, polis zorakılığının baş alıb getdiyi, söz azadlığının və insan hüquqlarının boğulduğu ölkə kimi xarakterizə olunmuşdu. Bəs, son 1 ayda nə dəyişdi?
Dəyişən bir şey yoxdur. Sadəcə tədbirin təşkilatçıları olan USAİD və NED-in başında dayananlar erməni diasporasından pay alanlardır. Ona görə də “Demokratiya sammiti” sadəcə bir şoudur. Bunu həm də ona görə deyirik ki, bu tədbirdə hansısa qlobal məsələ müzakirə olunmayacaq, hansısa siyasi qərarlar verilməyəcək. Sadəcə olaraq Ağ Evin növbəti tövsiyyə və tapşırıqları dəvətli dövlətləri başçılarına fərdi qaydada çatdırılacaq.

Ekspert rəyi

Məsələ ilə bağlı danışan Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov ABŞ-ın dəvət etdiyi dövlətlərin siyahısına baxarkən biabırçı mənzərə ilə rastlaşdığını bildirdi:

“Dəvət edilən ölkələrin bəzilərində mərkəzləşdirilmiş dövlət belə formalaşmayıb. Bu ölkələrin çoxunda siyasi sabitlik yoxdur, tez-tez hərbi çevrilişlər olur. Səfillik, aclıq baş alıb gedir. Bunu “Demokratiya sammiti” yox, “ABŞ-ın dost məclisi” adlandırılsa daha doğru olardı. ABŞ bu tip tədbirlərlə dünyanı parçalayır. Qlobal çağırışlar ətrafında dünyanı birliyə çağırmaq əvəzinə ABŞ “parçala hökm sür” siyasəti aparır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

End of content

No more pages to load

RADİO