Ukrayna ordusu silah çatışmazlığı səbəbindən əks-hücuma keçməyə hazır deyil.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Hələ başlaya bilmərik. Tanklar, artilleriya və HIMARS olmadan biz cəsur əsgərlərimizi ön cəbhəyə göndərə bilmərik”, - deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, hazırda Ukrayna ordusunda ciddi silah-sursat çatışmazlığı yaşanır.
Bizim.Media