Fransa Prezidenti Emmanuel Makron Çinə səfər edəcək.
Bizim.Media xəbər verir ki, Makron bunu Avropa Birliyi Şurasının Brüsseldəki iclasında çıxışı zamanı deyib.
Makron Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə səfərə birlikdə getmək üçün təklif də göndərdiyini bildirib:
“Ursula fon der Leyeni Çinə səfərimdə məni müşayiət etməyə dəvət etdim”.
Makron səfərin tarixini açıqlamayıb.
Bizim.Media