QDİƏT-in növbəti iclası Rusiyada keçiriləcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının növbəti iclası Rusiyada keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu gün QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının videokonfrans formatında 60-cı iclası keçirilib. 

Tədbirdə quruma üzv ölkələrin nümayəndə heyətlərinin təmsilçiləri iştirak ediblər. Azərbaycan parlamentini yığıncaqda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habelə QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri Musa Quliyev və deputat Ramin Məmmədov təmsil ediblər. 

Gündəlik təsdiq edildikdən sonra iclasda “QDİƏT-ə üzv dövlətlərin sosial-iqtisadi inkişafında Kütləvi İnformasiya Vasitələrinin rolu” mövzusunda hesabat layihəsi təqdim edilib. 

Mövzu ətrafında müzakirələrdə iclas iştirakçıları öz fikirlərini açıqladıqdan sonra hesabat layihəsi qəbul edilib. 

Sonra eyni mövzuda tövsiyə qərarının layihəsinə baxılıb və sənəd səsə qoyularaq qəbul olunub. 

Yığıncaqda, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının cari fəaliyyəti barədə məlumat dinlənilib. 

İclasda bir sıra təşkilatı məsələlərə də baxılıb. Milli Məclisin komitə sədri Musa Quliyev yenidən QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri seçilib. Tədbir iştirakçıları, habelə komissiyanın sədr müavinlərini də seçiblər. 

Toplantıda komissiyanın növbəti iclasının yeri, tarixi və mövzusu müəyyən olunub.

Komissiyanın 61-ci iclasının Rusiya Federasiyasında 2023-cü ilin oktyabr ayında keçirilməsi planlaşdırılıb. Tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə uşaqların müdafiəsi siyasətinin gücləndirilməsində parlamentlərin rolu” mövzusunun müzakirəsi nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

End of content

No more pages to load

RADİO